Saxalində qəzaya uğrayan "Robinson" helikopterinin pilotu və sərnişinlərindən biri ölüb, daha bir nəfər təxliyə edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətlərindən məlumat verilib. Məlumata görə, helikopterdə dörd nəfər olub.

"Ümumilikdə "Robinson R-44" helikopterinin göyərtəsində dörd nəfər - iki pilot və iki sərnişin olub. Qəzaya uğrayan helikopter havadan aşkar edilib. Müəyyən edilib ki, pilot və sərnişinlərdən biri ölüb, bir nəfər təxliyə edilib. daha birinin taleyi dəqiqləşdirilir", - mənbə bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN