Parlament qarşısında “xarici təsir agentləri" haqqında qanun layihəsinə qarşı yenidən etiraz aksiyası başlayıb.
Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, aksiya Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə start götürüb. Aksiyada vətəndaş cəmiyyəti, siyasətçilər, sadə vətəndaşlar və mediya nümayəndələri iştirak edirlər. Səhər saatlarından parlament ətrafına çox sayda polis qüvvələri də səfərbər edilib.
Büronun bugünkü iclasında “Xarici təsirlərin şəffaflığı” və “xarici təsir agenti” adlı qanun layihələrinin qəbulu planlaşdırılır. Lakin ABŞ-ın Gürcüstandakı səfiri hələ ötən həftə bu layihənin qəbulunu pisləmişdir. Hətta səfir aydın şəkildə demişdir ki, əgər bu layihə keçərsə, Gürcüstan indiyədək qazandıqlarını belə itirəcək...
A.Məmmədli