Dövlət aparatının 13 əməkdaşı xəstəxanaya yerləşdirilib

***

Bu gün səhər saatlarında Ermənistan Nazirlər Kabinetinin xidməti avtobusu qəzaya uğrayıb. Hökumət aparatının 13 əməkdaşı xəstəxanaya yerləşdirilib.

 Bu barədə Ermənistanın  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Dövlət işçilərinin olduğu xidməti avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər xəstəxanalara çatdırılıb”, - məlumatda deyilir.

Ermənistanın Səhiyyə Nazirliyi qəzaya uğrayanlardan 3 nəfərin reanimasiyaya yerləşdirildiyini bildirib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Ermənistan hökumətinin əməkdaşlarını daşıyan avtobus Monte Melkonyan prospektində qəzaya uğrayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN