booked.net booked.net  

Rusiya Federasiyası Hərbi Hava Desant Qüvvələrinin kəşfiyyat qrupu "Tayfun-VDV" çoxməqsədli zirehli avtomobilindən istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin (USQ) istehkam məntəqəsini atəşə tutub.

Tezadlar.az xəbər verir ki, bu barədə kadrları cümə günü Rusiya Müdafiə Nazirliyi yayıb.

"İstinad nöqtəsini ələ keçirmək üçün Ulyanovsk paraşütçülərinin hücum dəstəsi "Tayfun-VDV" çoxməqsədli zirehli maşınlarda irəlilədi. Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə minimum yaxın məsafəyə yaxınlaşan paraşütçülər 30 mm-lik avtomatik topdan atəşlə Ukrayna birləşmələrinin atəş nöqtələrini sıxışdırıblar", - videonun başlığında deyilir. Kadrlarda həmçinin piyada dəstəsinin zirehli maşından necə eniş etdiyi və düşmənə atəş açmağa davam etdiyi görünür.

İdarədən dəqiqləşdiriblər ki, istinad nöqtəsini pilotsuz təyyarələrin köməyi ilə aşkarlanıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN