Ukraynadakı hazırkı münaqişə bu ölkə üçün dağıdıcıdır.

Tezadlar.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu münaqişə Ukrayna üçün ölümcüldür, çünki təkcə insanlar ölür, həm də sənaye məhv edilir, şəhərlər dağıdılır, çünki Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrində istehkamlar təşkil edir", – Azarov yazıb.

O, həmçinin Ukraynanın böyük büdcə kəsiri ilə üzləşdiyini və ölkənin öz gəlirlərinin üç dəfə az olduğunu açıqlayıb.

Keçmiş baş nazirin sözlərinə görə, bu kəsir yalnız ABŞ və Avropa İttifaqı tərəfindən verilən kreditlər, eləcə də qismən qrantlar hesabına ödənilir.

"Əslində, Qərbin hesablamalarına görə, artıq 200 mindən çox ukraynalı həlak olan bu qardaş qırğınının davamı maliyyələşdirilir", - Azarov bildirib.

Bundan əvvəl Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski də Ukraynada vəziyyətin indi onun silahlı qüvvələrinin xeyrinə inkişaf etmədiyini bildirmişdi. Polyanski Kiyevi Qərb sponsorları qarşısında hesab verməyə məcbur edəcək "Ukraynanın xeyrinə olmayan ciddi hərbi hadisələri" proqnozlaşdırıb. Diplomat qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri ciddi itkilər verir və acınacaqlı vəziyyətdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN