Belqorodun keçmiş meri Anton İvanova qarşı korrupsiya ilə bağlı iki yeni cinayət işi başlanıb.
Tezadlar.az bu barədə Belqorod vilayət məhkəməsində çıxış edən prokurora istinadən xəbər verir.
Sabiq mer rayon polis əməkdaşları üçün evlərin tikintisi üzrə müqavilələrin bağlanmasına köməklik göstərdiyinə və şəhər büdcəsinə 10 milyon rubl ziyan vurmuş torpaq sahələrinin qanunsuz satışına görə 150 min rubl dəyərində “Lenovo” noutbuku şəklində külli miqdarda rüşvət almaqda ittiham olunur. İstintaq İvanovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Martın 8-də Belqorodun keçmiş merinin Özbəkistana uçmaq istəyərkən Moskva hava limanında saxlanıldığı bildirilirdi. O, təxminən üç milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinir.
Qeyd edək ki, İvanov 2021-ci ilin dekabrında Belqorodun meri seçilib, lakin 2022-ci il oktyabrın 31-də istefa verib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovunbildirib ki, İvanov başqa işə keçməsi ilə əlaqədar istefa ərizəsi təqdim edib.
E.ŞİRİNOV