Hindistan Çin və Pakistanla gərginlik fonunda kütləvi silah alışını təsdiqləyib. Reuters yazır ki, 8,5 milyard dollar raketlər, helikopterlər, artilleriya və elektron müharibə sistemlərinin alınmasına xərclənəcək.
Hindistan bu dəfə xaricdən silah almaq əvəzinə, bütün sifarişləri hind istehsalçılarına vermək niyyətindədir. Bu, Hindistanın hərbi sənaye kompleksini gücləndirmək istəyən hazırkı baş nazir Narendra Modinin strategiyasının bir hissəsidir.
Nüvə gücləri olan Çin və Pakistan və Himalay dağlarında mübahisəli sərhəddə Çin qüvvələri ilə gərginlik yaşayan Hindistan Sovet dövründən qalma hərbi texnikanı modernləşdirməyə çalışır.
Hindistan donanmanın inkişafına xüsusi diqqət yetirəcək, çünki ötən ildən ölkə hakimiyyəti Çinin Hind okeanında aktivliyinin artması ilə bağlı narahatlığını bildirib.
Həmçinin təsdiq edilmiş satınalma siyahısına 300 km mənzilli 200 BrahMos raketi, 50 ümumi təyinatlı helikopter, Su-30MKI qırıcıları üçün uzaqmənzilli raketlər, 307 yedəkli 155 mm-lik haubitsa, həmçinin yolsuzluq avtomobilləri və traktorlar daxildir.
Ukraynadakı müharibə fonunda Hindistanın xarici siyasəti
Hindistanın iki qonşusu Çin və Pakistanla münasibətləri çox pisdir. Keçmişdə onlarla artıq hərbi münaqişələr olub ki, bu da vaxtaşırı yenidən müxtəlif ölçülü sərhəd atışmalarına çevrilir.
Təbii ki, Hindistan xüsusilə əhəmiyyətli hərbi və iqtisadi üstünlüyə malik Çindən narahatdır. Bundan əlavə, bu yaxınlarda Pekin hərbi xərclərin kəskin artdığını bəyan edib.
Hindistan üçün sərfəli ticarət tərəfdaşı və mühüm silah tədarükçüsü olan Rusiya ilə toqquşmaq istəməyən Hindistan hökuməti Qərbi Ukraynadakı müharibənin üzərində dayanmamağa və “davam etməyə” çağırır.
E.ŞİRİNOV