Rusiyanın müdafiə naziri Sergey Şoyqu Amerikanın MQ-9 pilotsuz uçan aparatının xüsusi əməliyyat zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırmaq üçün təqdim edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib.

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Su-27 təyyarəsinin pilotlarını dövlət mükafatlarına təqdim edib. Amerikanın MQ-9 pilotsuz uçuş aparatı tərəfindən xüsusi hərbi əməliyyatın keçirilməsi məqsədilə yaradılmış hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərinin pozulmasının qarşısı alınıb", - departamentdən bildirilib.

Onlar ərazinin sərhədlərinin beynəlxalq hava məkanının bütün istifadəçilərinə çatdırıldığını və beynəlxalq standartlara uyğun dərc edildiyini vurğulayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN