Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “Twitter” hesabında yazıb.

“Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu gündən alyans 31 ölkədən ibarətdir”, - o deyib.

Moravetski əlavə edib ki, güclü tərəfdaşlar Polşanın və bütün dünyanın təhlükəsizliyini təmin edir. Eyni zamanda, alyansdan hələlik rəsmi açıqlama daxil olmayıb.

Aprelin 3-də NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansın bir hissəsi olacağını təsdiqləyib. Eyni zamanda, Kreml belə proseslərdə Rusiyanın təhlükəsizliyinə qəsd gördüklərini bildirib.

Qeyd edək ki, Finlandiya 2022-ci ilin mayında İsveçlə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb, lakin aprelin 1-də prezident Rəcəb Tayyib Ərdoğan Finlandiyanın ərizəsinin ratifikasiyasını təsdiqləyib. Stokholmda keçirilən Quran nüsxəsinin yandırılması kampaniyasından sonra İsveçin NATO-ya qəbulu çətinləşib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN