Bütün ruslar Vladimir Zelenskiyə xor baxır.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, daha əvvəl mediada yazılan kimi rus xalqına xor baxdığını deyən Zelenskinin açıqlamasına belə cavab verib.
"Yaşıl məxluq "bütün rus xalqına xor baxdığını" bəyan etdi. Aydındır və "bütün rus xalqı alçaqlara xor baxır"”, - Medvedev VKontakte-də yazıb.
Siyasətçi qeyd edib ki, Rusiya xalqının Vladimir Zelenskiyə qarşı şəxsi qisası onun vəzifəsindən kənarlaşdırılmasından sonra bitməməlidir.
E.ŞİRİNOV