Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə Ukraynaya dəstək və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi zərurətini müzakirə edib.

Tezadlar.az bildirir ki, bu barədə respublika başçısı özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, AK rəhbəri ilə birlikdə o, Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin hazırlanmasının zəruriliyini, Ukraynanın Avropa Komissiyasının tövsiyələrini yerinə yetirməkdə irəliləyişini, həmçinin “gələcək üçün birgə beynəlxalq tədbirləri” müzakirə edib.

Bundan əvvəl Zelenski Kiyevə gələn ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ilə danışıqlar barədə məlumat verib. Bundan əlavə, respublika rəhbəri Amerika konqresmenlərinin nümayəndə heyəti ilə görüşdən danışıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN