Smartfon telefonlara aludəçilik bəzən inanılmaz bədbəxt hadisələrə də yool açır...
Belə ki, Hindistanda səkkiz yaşlı qız gecə saatlarında evində “Redmi Note 5 Pro” smartfonunun partlaması nəticəsində həyatını itirib. Məhkəmə-tibbi ekspertiza göstərib ki, qəza zamanı telefon şarjda olmayıb. Ölümə səbəb mobil cihazın həddindən artıq qızması səbəbindən içərisində batareyanın partlaması olub. Səkkiz yaşlı qızın atası bildirib ki, faciə baş verən zaman evdə qızı ilə birgə yalnız nənəsi olub.
Mütəxəssislərin fikrincə, “Redmi Note 5 Pro” yorğanın içərisində olduğu üçün həddindən artıq qızıb. Nənə polisə bildirib ki, hadisə zamanı uşaq yorğanın altında uzanaraq smartfonla oynayırmış. Mətbəxə çəkilən qadın partlayış səsi eşidib və otağa daxil olduqda çarpayıda yaralı nəvəsini görüb.
Beləliklə, metroda, işdə, evdə, avtomobildə... smartfon telefonlarla oynamaq, saatlarla bu cihazı yüklü saxlamaq sonda belə hadisələrə gətirib çıxarır... Odur ki, ehtiyatı əldən verməyin...
XƏYYAM