Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun (İTB) əməkdaşları mənşəyi məlum olmayan humanitar yardım anbarı tapıblar.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Klymenko Time Telegram kanalı xəbər verir.
Humanitar yardımın tərkibində qida, uşaq məhsulları, yataq dəstləri, məişət kimyəvi maddələr, gigiyena məhsulları, geyimlər var. İTB həmçinin ümumilikdə 20 milyon qrivna (təxminən 542 min dollar) dəyərində 74 ton konserv tapıb.
"İstintaq hərəkətləri artıq dördüncü gündür ki, davam edir - malların inventarlaşdırılması və kvalifikasiyası aparılır, onların mənşəyi müəyyənləşdirilir", - Lvov vilayətindəki BEB-nin rəhbəri Valeri Tatsienko bildirib.
E.ŞİRİNOV