Türkiyənin cənub-şərqində hərbi avtobusun magistral yolda aşması nəticəsində iki nəfər ölüb.
Tezadlar.az “Haber Türk” qəzetinə istinadən xəbər verir ki, qəza səhər saatlarında Şirnak vilayətinin Balveren kəndi yaxınlığında baş verib.
Nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla ümumilikdə 44 nəfərin yaralandığı qeyd edilir.
"Hərbçiləri daşıyan avtobus palisada aşıb", - məlumatda deyilir.
Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
E.ŞİRİNOV