Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsində fəaliyyətə başlayıb... 

Mediada yayılan kadrlardan da görünür ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş verir. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Ermənilər bəlkə də həyatlarında belə rəftar görməyiblər... Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləmə” aparması və Laçın yolunun “blokadaya alınması” ilə bağlı açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey olmadığı sübut olunur.

 Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub. narazı qalan erməni varsa, bu yalnız terrorçular və Qarabağa silah-sursat gətirə bilməyənlərdir! 

Maraqlı mənzərə həm də odur ki, buradan keçən erməni maşınlarının 90 faizi Sovetdənqalma köhnə, sınıq-salxaq olanlardır. Bu isə o deməkdir ki, Sarkisyan-Koçaryan terrorçular binəva sadə ermənilərin belə nimdaş günə salıb. Halbuki Azərbaycanla münasibətlərin xoş vaxtında Bakıda Azərbaycanlılar erməni evlərində kirayədə qalırdı...  

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN