Almaniyanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Rusiyadan Berlinə qayıdıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, martın ortalarında Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi AFR-i tərk edib. Onların fəaliyyətinin “diplomatik statusa uyğun gəlmədiyi” iddia edilir.

“Rusiya hökuməti öz növbəsində Almaniya nümayəndəliklərinin eyni sayda əməkdaşını ölkəni tərk etməyi xahiş etdi. Onlar bu gün, mayın 1-də Rusiyanı tərk ediblər”, - Almaniya Xarici İşlər Nazirliyi sözügedən diplomatların sayını açıqlamadan əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Berlinin diplomatların kütləvi surətdə çıxarılması üçün növbəti prosedura başladığı barədə məlumat yayıb. Nazirlik Almaniyanın hərəkətlərini pisləyib.

Qeyd olunub ki, Rusiya bu qərara güzgü görüntüsündə cavab verəcək və Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının maksimum sayını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN