Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış iki sazişi - MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi, habelə birliyə üzv ölkələrin təşkilatları arasında malların tədarükü üçün ümumi şərtlər haqqında məlumat mübadiləsi haqqında sazişi denonsasiya edib.
Tezadlar.az bildirir ki, bu barədə “İnterfaks” xəbər verir.
Daxili işlər naziri Anna Revenkonun sözlərinə görə, 1996-cı ildə imzalanmış xarici sərhədlərin mühafizəsi ilə bağlı məlumat mübadiləsi haqqında saziş artıq Moldova üçün aktual deyil.
“Ukraynanın da MDB-dən çıxması ilə əlaqədar olaraq, MDB məkanı ilə xarici sərhəd anlayışı da öz aktuallığını itirir”, - o deyib.
Hakimiyyət ikinci sazişdən çıxmasını onunla izah edir ki, “Moldova heç bir dövlət müdaxiləsi olmadan iqtisadi agentlər bir-biri ilə fərdi müqavilələr əsasında qarşılıqlı əlaqədə olduqda, bazar iqtisadiyyatı prinsiplərinə əməl edir”.
Kişinyovun fikrincə, sazişin müddəaları köhnəlib və hazırkı reallıqlara cavab vermir.
Qeyd olunur ki, müqavilələrin denonsasiyası ilə bağlı müddəa 12 aydan sonra qüvvəyə minəcək.
Bundan əvvəl Moldova hakimiyyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan Dövlətlərin Parlamentlərarası Assambleyasını tərk etmək qərarına gəlib. Respublikanın hakim partiyası bunu ölkənin MDB ilə artıq sərhədlərinin olmaması ilə izah edib.
E.ŞİRİNOV