Ukraynanın Parisdəki səfiri Vadim Omelçenko Fransa telekanallarından birindən ölkəyə səfərini aparıcılar tərəfindən “sirk turu” adlandırılan Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı zarafata görə üzr istəməsini tələb edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Avropa həqiqəti” nəşri məlumat yayıb.

“Dost fransız xalqına xas olmayan nə rüsvayçılıq və nəzakətsizlikdir. Mən prezidentimdən və Ukrayna xalqından üzr istəməyi tələb edirəm”, – diplomat bildirib.

Qeyd olunduğu kimi, RTL telekanalının aparıcısı efirdə bildirib ki, Ukrayna prezidenti Yelisey sarayına “böyük üstü ilə” gəlib. Sonra “Avropada Zelenski sirk turu”nun anonsu nümayiş etdirildi. Omelçenko hesab edir ki, bu, empatiya və məsuliyyətin olmamasının təzahürüdür.

Mayın 15-də Fransa prezidenti Emmanuel Makron və ukraynalı həmkarı Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa çağırıblar. Onlar həmçinin Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti gücləndirməyə çağırıblar. Zelenski Parisə mayın 14-də axşam gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN