Tokio və Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyalar və Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenlə razılaşmanı Yaponiyanın baş naziri Fumio Kişida açıqlayıb.
O əlavə edib ki, ölkələr “Çindən təhlükə” ilə bağlı ümumi məsələlərdə birgə işləməyin vacibliyini də təsdiqləyiblər.
Bundan əvvəl Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokionun anti-Rusiya sanksiyalarının gücləndirilməsi üçün səylərini davam etdirəcəyinə, həmçinin Kiyevə hər cür dəstəyin göstəriləcəyinə söz vermişdi.
Mayın 17-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Birləşmiş Ştatlar G7 sammitində əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin həyata keçirilməsinə yönəlmiş yeni anti-Rusiya sanksiyalar paketini elan edəcək.
E.ŞİRİNOV