Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Rusiya və Ukrayna arasında bərabər şərtlərlə aparılan sülh danışıqlarından imtina edilməlidir.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Ukrayna ən çox sülh istəyir, amma təbii ki, ədalətli sülh. Təcavüzkarla qurbanı bərabərləşdirən sülh danışıqları rədd edilməlidir”, - Avropa rəsmisi G7 sammitində bildirib.

G7 sammiti mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayıb və mayın 21-dək davam edəcək. Tədbirə Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam dəvət olunub.

Bloomberg mənbələrə istinadən bildirib ki, görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi bildirilir. Əvvəlcə Ukrayna liderinin sammitdə onlayn çıxış edəcəyi planlaşdırılırdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN