Putinin Gürcüstan vətəndaşlarına 90 günlük vizasız yaşam Fərmanı Gürcüstanda siyasi ab-havanı qarışdırdı...

Belə ki, 4 illik fasilədən sonra Moskva-Tbilisi reysini yerinə yetirən Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Vnukovo hava limanından birbaşa uçuş həyata keçirib. Tezadlar.az Azadlıq Radiosu-na istinadla xəbər verir ki, təyyarə saat 13:30 radələrində Tbilisiyə eniş edib. Eyni zamanda hava limanının qarşısında bir qrup vətəndaş uçuşların bərpasına etiraz edərək əllərində "Rusiyaya yox" şuarları yazılmış plakatlar tutublar. Rusiya təyyarəsinin eniş etdiyi Tbilisi Beynəlxalq Hava Limanında xüsusi təhlükəsizlik tədbirləri görülüb və əraziyə çox sayda polis səfərbər edilib.

Etirazçılar bildirib ki, aksiyalar davam edəcək.

Xatırladaq ki, Putinin məlum Fərmanı Gürcüstanda, hətta hakimiyyət arasında belə ciddi fikir və mövqe ayrılığına səbəb olub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN