Rostov-na-Donuda Ukrayna kəşfiyyatına məxfi məlumatları ötürən hərbi-sənaye kompleksi (HSK) müəssisəsinin mühəndis-konstruktoru mayın 25-də saxlanılıb.

“Rostov-na-Donuda hərbi-sənaye kompleksinin müəssisələrindən birində mühəndis-konstruktorun qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - FTB bildirib.

Tezadlar.az xəbər verir ki, saxlanılan şəxs 2023-cü ilin fevral-aprel ayları ərzində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ilə messencerlərdə yazışıb və tapşırıqlarını yerinə yetirib.

Rusiya müəssisəsinin əməkdaşı Ukrayna kəşfiyyatına müdafiə sənayesi müəssisələrinin, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin və Rostov-na-Donu ərazisində yerləşən RF Silahlı Qüvvələrinin şəxsi heyətinin yerləşdiyi yerlər barədə məlumat ötürüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə casusluq şəklində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN