booked.netbooked.net booked.net  

Rusiya qrupunun Ka-52 və Mi-35 helikopterlərinin ekipajları Krasnolimanski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsini və yüngül zirehli texnikasını vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Tor-M1 zenit-raket komplekslərinin ekipajları Jitlovka və Çervonaya Dibrova yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələri məhv edib. Bununla yanaşı, Lancet sursatları Ukraynanın “Qvozdika” özüyeriyən artilleriya qurğusunu vurub.

Eyni zamanda, Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin və Ukrayna Milli Qvardiyasının beşinci briqadasının Torsk bölgəsində və Serebryansky meşə təsərrüfatının ərazisində hərəkətini üzə çıxarıb. Müdafiə Nazirliyi bildirir ki, Rusiya ordusunun zərbəsi nəticəsində ukraynalı millətçilər xeyli itki verib.

Bir gün əvvəl, mayın 23-də Rusiya hərbçilərinin Avdiivka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərini darmadağın etdiyi barədə məlumat yayılmışdı.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN