ABŞ əhalisinin yarısı Vaşinqtonun Ukraynaya silah göndərməsini dəstəkləyir.

Tezadlar.az “Associated Press”-ə istinadən xəbər verir ki, bunu Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbi və NORC tərəfindən keçirilən sorğunun nəticələri sübut edir.

Eyni zamanda, respondentlərin təxminən dörddə biri Kiyevə silah tədarükünün davam etdirilməsinə qarşı olduqlarını bildiriblər.

Sorğu göstərib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına dəstək indiyədək ən böyük azalma ilə üzləşib. 2022-ci ildəki 71%-dən bu il 58%-ə düşüb. Analitiklərin fikrincə, sanksiyalara dəstəyin azalması insanların Rusiyanı iqtisadi cəhətdən təcrid etmək səylərinin ABŞ-da inflyasiyaya təkan verməsindən narahatlığını əks etdirə bilər.

Həmçinin, sorğuya əsasən, ABŞ sakinlərinin 62%-i Rusiyanı əsas düşmən hesab edir, respondentlərin 48%-i isə Kremlin dünyadakı təsirindən narahatlığını ifadə edir. Bununla belə, amerikalıların 50%-nin ruslara münasibəti müsbətdir.

Həmin ərəfədə məlum olub ki, ABŞ prezidenti Co Bayden yaxın vaxtlarda prezident seçkiləri keçirilsəydi, sələfi Donald Trampa boyun əyəcəkdi. Sorğu göstərib ki, respondentlərin 47%-i respublikaçı siyasətçini dəstəkləməyə, yalnız 40%-i Ağ Evin hazırkı rəhbərini dəstəkləməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN