Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb ölkələrinin Kiyevə nüvə silahı ötürməsi Ukrayna ərazisinə qabaqlayıcı zərbə ilə nəticələnəcək.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, siyasətçi bunu Vyetnama işgüzar səfəri zamanı bildirib.

Medvedev Qərbin Kiyevə təkcə təyyarələr deyil, həm də nüvə silahı verəcəyini istisna etməyib: “Belə olan halda, Rusiya ərazisinə nüvə yüklü raketlərin uça biləcəyi təhlükəsi yaranacaq”.

"Müharibənin dönməz qanunları var. Əgər söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək", - Medvedev bildirib.

O vurğulayıb ki, anqlosakslar bunun nəticələrini tam dərk etmirlər və bunun baş verməyəcəyinə ümid edirlər. Medvedev hesab edir ki, müəyyən şərtlər daxilində bu, hələ də baş verə bilər.

Xatırladaq ki, ötən il oktyabrın 3-də Kiyevin Rusiya Federasiyasının sonrakı təqibi üçün “çirkli bomba” əldə edib partlatmaq niyyəti məlum olub. Həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu İngiltərə, Fransa, Türkiyə və ABŞ-dan olan həmkarlarına bu məlumatla bağlı narahatlığını bildirib. Bununla belə, ABŞ Dövlət Departamenti bu ölkələrin rəsmilərinin Kiyevin təxribat hazırlaması ilə bağlı Rusiyanın xəbərdarlığına inanmadığını bildirib.

Qeyd edək ki, “çirkli bomba” tərkibində uran olan partlayıcı qurğudur. Belə bir bomba partladıldığı zaman əhəmiyyətli bir ərazi radioaktiv çirklənməyə məruz qalır. "Çirkli bomba" partlayışının nəticələri, xüsusən də böyük bir şəhərdə istifadə olunarsa, son dərəcə ağır ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN