Müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun Moskvaya qarşı sanksiyalara qoşulmağın zəruriliyi ilə bağlı açıqlamaları rusların Türkiyəyə tur tələbini azaldıb.

Tezadlar.az xəbər verir ki, belə bir ittihamla Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Kılıçdaroğlu və tərəfdaşlarının müxalifətin qalib gələcəyi təqdirdə Ankaranın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi barədə sözlərindən sonra rusiyalı turistlər “bu bəyanatdan qorxdular və gəlmədilər”.

TASS nazirin sözlərinə istinadən aydınlaşdırıb ki, Türkiyə bir milyona yaxın rusiyalı turisti qaçırıb.

“Nəticədə, bu ilin ilk üç ayının yaxşı olmasına baxmayaraq, iki ayı itirdik. Bu məsuliyyətsiz bəyanatların heç bir faydası olmadı”, - deyə agentlik diplomatın sözlərindən sitat gətirib.

Bundan əvvəl Kılıçdaroğlu Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib və Moskvanı “əllərini Türkiyə dövlətindən çəkməyə” çağırıb. Daha sonra siyasətçi Rəcəb Tayyib Ərdoğanı saxta lider adlandırıb və bildirib ki, dövlət başçısı “qapısına söykənib, cızıldayan Rusiya tərəfindən idarə olunur”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN