Gürcüstanın müxalifətçi deputatı Giorgi Vaşadze “Politico”-ya bildirib ki, Tbilisi gizli şəkildə Avropa İttifaqından Moskva ilə yaxınlaşmağa başlayıb. Onun sözlərinə görə, indiki hakimiyyət Moskva ilə məsafəni bağlamaq istəyir, dövlətin vətəndaşları isə buna qarşıdırlar və Avropa kursuna sadiqdirlər.

İndiki hakimiyyət Rusiya ilə yaxınlaşmaq istəyir. Amma onlar bunu hiyləgərcəsinə edirlər, çünki əhali buna qarşıdır və Avroatlantika kursuna sadiqdir”, - Vaşadze bildirib.

Siyasətçi hesab edir ki, belə kurs Gürcüstanı tənhalıqla hədələyir. Vaşadze bunu Ermənistan, Qırğızıstan və digər ölkələrin Rusiyaya qarşı “soyuması” ilə izah edib.

Eyni zamanda, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, “Gürcü Arzusu”ndan olan deputat Nikoloz Samxaradze bildirib ki, Tbilisi “Rusiyaya qarşı hər hansı qərəzli mövqe” nümayiş etdirmək üçün heç bir addım atmayıb. O, Gürcüstanın siyasətinin həmişə ardıcıl olduğunu vurğulayıb.

Bundan əvvəl Gürcüstan Hava Yollarının rəhbəri Tamaz Qayaşvili demişdi ki, Gürcüstan prezidenti Salome Zurabişvili qonşularla, xüsusən də Rusiya ilə dost olmağa can atmır. O, belə bir siyasətə görə onun öz ölkəsində persona non-qrata ola biləcəyini vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN