Ötən gecə Rusiyanın bir neçə bölgəsinə Ukrayna mənşəli PUA hücumu barədə təcili məlumat yayıldı...

Belə ki, bir neçə rus qubernatoru dərhal pilotsuz təyyarələrin gecə hücumunu elan deiblər və xüsusən də Rusiya Federasiyasının Smolensk vilayətinin yanacaq-energetika kompleksinin obyektlərinə, həmçinin Kaluqa vilayətinin meşə ərazisinə düşən naməlum obyektin olduğunu bəyan ediblər. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xatırladır ki, Rusiya Federasiyasının Kursk vilayətinin qubernatoru Roman Starovoit, Smolensk vilayətinin qubernatoru vəzifəsini icra edən Vasili Anoxin və Kaluqa vilayətinin rəhbəri Vladislav Şapşa Rusiyanın "Baza" Telegram kanalında bu barədə həyəcanlı xəbərlər paylaşıblar. Sitat: "Gecə saat 3 radələrində Poçinkovski rayonunun Peresna kəndində və Smolensk rayonunun Divası kəndində iki uzaqmənzilli pilotsuz uçuş aparatı yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib, ölən və xəsarət alan olmayıb. Heç bir kritik dağıntı və ya yanğın baş verməyib, nəticələrin aradan qaldırılması üçün yerində iş aparılır...".

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN