Kiyev meri Vitali Kliçko Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasının hərəkətlərini tənqid edib. Telegram kanalında o, şəhərdə bomba sığınacaqlarının tikintisi üçün ayrılan büdcə vəsaitlərinin lazımınca istifadə olunmadığını bildirib.

Kliçko xatırladıb ki, sığınacaqların təşkili üçün rayonlara şəhər büdcəsindən 1,2 milyard qrivna ayrılıb. O vurğulayıb ki, şəhərin rayon rəhbərləri bu vəsaitlərə sərəncam veriblər. Kliçkonun sözlərinə görə, vəsaitlərin icrası və istifadəsi "son dərəcə qənaətbəxş deyil".

O, qeyd edib ki, sığınacaqların təşkili üçün ayrılan vəsaitdən istifadənin nəticələrinə iyunun sonunda yekun vurulacaq. Eyni zamanda, bələdiyyə sədri bildirib ki, rayon rəhbərlərinin vəzifədən azad edilməsi ilə bağlı prezidentə müraciətlər hazırlanacaq.

Xəbər verdiyimiz kimi, bundan əvvəl Kiyev sakinləri atəş zamanı bomba sığınacaqlarının bağlanmasından şikayət etmişdilər.

Zelenski daha sonra bu məsələ ilə bağlı danışıb. O, Kliçkonu “nokautla” hədələyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN