Almaniya kansleri Olaf Şolts fransalı həmkarı Emmanuel Makronu iyunun 6-da Potsdamda (Brandenburq) ziyarət edəcək.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Kristian Hofman bildirib.

“Tərəflər ikitərəfli və beynəlxalq mövzuları, Avropa gündəmini müzakirə edəcəklər. Heç bir mətbuat konfransı planlaşdırılmayıb”, - deyə o bildirib.

Hofman görüşün işçi nahar formatında baş tutacağını qeyd edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts gərginlik fonunda Kosovonun bir neçə bölgəsində yeni seçkilərin keçirilməsinə çağırıblar.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Moldovada Avropa Siyasi Birliyinin sammitindən sonra keçirilən mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinlə yeni telefon danışıqlarının mümkünlüyünü istisna etmədiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN