Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin şimal sərhədində casusluq edən Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agentinin saxlanıldığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, departament bu barədə öz Telegram kanalında məlumat yayıb.
Xüsusi xidmət orqanlarının məlumatına görə, Belarus vətəndaşının Ukraynada yaşamaq icazəsi olub və Rovno vilayətində yaşayıb. Xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan sonra o, DTK-ya cəlb olunub və Kiyevə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirib.
UTX iddia edir ki, həmin şəxs sərhəd bölgəsini gəzib və Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi texnikasının hərəkətini müşahidə edib.
Bundan əvvəl Ukrayna xüsusi xidmət orqanlarının rəhbəri Vasili Malyuk Krım körpüsündə baş verən partlayışda Ukraynanın əli olduğunu təsdiqləyib. O bildirib ki, döyüş ənənələrinə və bu yolun Rusiya üçün əhəmiyyətinə görə Kiyev “müəyyən tədbirlər həyata keçirib”.
E.ŞİRİNOV