Qərb gizli şəkildə Ukrayna prezidenti Vladimir Zelenskiyə nifrət edir və ona hörmət etmir və ona görə də sonuncunun NATO-ya daxil olmaq xəyalları illüziyadır.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Scott Ritter bildirib.

“O, həqiqətən başa düşmür ki, Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq? Heç vaxt”, - o deyib.

Keçmiş kəşfiyyatçı hesab edir ki, Ukrayna prezidenti fantaziya aləmində yaşayır və NATO-ya üzvlüklə bağlı illüziyalar bəsləyir, lakin eyni zamanda Qərb ölkələrinin ona qarşı həqiqi münasibətini dərk etmir.

“Zelenski, sənə nifrət edirlər. Sənə öz xalqını qırğına aparmağa icazə verirlər. Səni bəyənmirlər. Sənə hörmət etmirlər. Onlar səndən istifadə edirlər", -  Ritter şərh edib.

Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin Ukrayna Silahlı Qüvvələrinin uğursuz hücumu barədə danışıb. Onun sözlərinə görə, rus bölmələrinin əhval-ruhiyyəsi ukraynalılardan qat-qat yüksəkdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN