Lerik rayonunda sürüşmə zonalarında aktivləşmə yaranıb.
Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, baş verən bu aktivləşmə daha çox rayonun Hamarmeşə kəndi ərazisində müşahidə olunur. Belə ki, son vaxtlar intensiv yağışlar səbəbindən kəndin yuxarı məhəlləsindəki sürüşmə zonasında 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Bununla yanaşı, kəndin yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası da aktivləşmənin yarandığı ərazidə yerləşir. Torpaq qatı evlərin divarına dirənib və əsas divarlarda dərin çatlar əmələ gəlib.
Xatırladırıq ki, Lerikdə intensiv yağışlardan sonra belə hallar tez-tez baş verir. Torpaq sürüşmələri sayəsində dağ kəndlərinə gedən yollarda hərəkət məhdudlaşır, yollar palçıq və torpaq qatı ilə örtülür.
Rayon İH-dən "Təzadlar"a bildirilib ki, hazırda FHN-nin rayon şöbəsinin əməkdaşları hadisənin fəsadlarının miqyasını öyrənir, əhaliyə dəymiş ziyan müəyyənləşdirilir.
A.Məmmədli