Ukrayna ərazisində rus dilinin rəsmi idarələrdə istifadəsinin qadağan edilməsinin ardınca başqa bir qıcıq yaradan hallar baş verməkdədir...

Tezadlar.az Rossiya24-ə istinadla bildirir ki, neçə vaxtdır Ukrayna ərazisində Faşizm üzərində qələbənin rəmzi olan rus tanklarına və əsgərlərinə qoyulmuş heykəllər sökülməkdədir. Son günlər isə rus mənşəli şair və yazıçıların, eləcə də görkəmli alim və mədəniyyət xadimlərinə qoyulan heykəllər demontaj edilməkdədir. Rossiya24 bu faktları əks etdirən videokadrları da nümayiş etdirməklə bunun vandalizm və düşmənçilik olduğunu qeyd edirdi. Kadrlarda Puşkinə, Maksim Qorkiyə, Lermontova və s. qoyulan heykəllərin sökülüb götürülməsi əks edilirdi. Hətta küçədə rus dilində mahnı oxuyan gənc müğənninin ictimaiyyət tərəfindən necə qınandığı və oturduğu yerdən qovulduğu da kadrlarda göstərilirdi... Ən maraqlısı budur ki, TV aparıcı bütün bunları ruslara qarşı düşmənçilik kimi təqdim edirdi, lakin Rusiyanın Ukrayna ərazilərini necə darmadağın etməsini, milyonlarla insanı evindən didərgin salmasını düşmənçilik hesab etmirdi... Gülməlidir!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN