Kaxovskaya SES-də fövqəladə vəziyyət Ukraynanın enerji sisteminin işinə hələ də təsir göstərməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrenerqo” milli enerji şirkəti məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, Kaxovskaya Su Elektrik Stansiyasındakı vəziyyət və "nəticədə yaranan dağıntılar hələ ki, enerji sisteminin stabil fəaliyyətinə təsir göstərməyib".

İyunun 6-da səhər saatlarında “Novaya Kaxovka”nın rəhbəri Vladimir Leontyev Kaxovskaya SES-in yuxarı hissəsinə ziyan dəydiyini bildirib.

Stansiyaya çoxsaylı hücumlar nəticəsində saat 02:00 radələrində siyirtmələr sıradan çıxıb, nəticədə, Kaxovskaya su anbarından gələn su qalxaraq nəzarətsiz şəkildə aşağı axına axıdılmağa başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN