Moldova parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının üzvləri Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində iki sazişin denonsasiyasını (ləğv etmək – red.) təsdiqləyiblər.

Tezadlar.az bildirir ki, bu barədə “Sputnik Moldova” parlamentin mətbuat xidmətinə istinadən xəbər verir.

Söhbət təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişdən və MDB-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında sazişdən gedir.

Moldova Xarici İşlər Nazirliyi qeyd edir ki, Moldovanın MDB ölkələri ilə fövqəladə halların aradan qaldırılması məsələsində az qarşılıqlı əlaqəsi var və ona görə də ölkənin bu sazişə ehtiyacı yoxdur. Strateji silahlı qüvvələr haqqında sazişin parlamentdə denonsasiyası Moldovanın nüvə silahına malik olmaması ilə izah edilib. Mayın 15-də Moldova parlamentinin sədri İqor Qrosu ölkənin MDB Parlamentlərarası Assambleyasından çıxması təşəbbüsü ilə çıxış etmək qərarına gəlib.

Mayın 17-də Moldova hakimiyyət orqanları iclasda MDB-yə üzv dövlətlərin xarici sərhədlərinin mühafizəsi üzrə məlumat mübadiləsi haqqında sazişi denonsasiya etmək qərarına gəliblər. MDB-nin baş katibi Sergey Lebedev Moldovanın Birliyin üzvü olaraq qalacağına ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN