ABŞ-ın 35-ci prezidentinin qardaşı oğlu və növbəti prezident seçkilərində namizəd Con Kennedi qalib gələrsə, bütün ölkələrin tədricən tərksilah edilməsi adı altında silahlara nəzarət üzrə yeni müqavilələrin yaradılması və bağlanması ilə bağlı Rusiya ilə dialoqa girəcək.
Tezadlar.az-ın məlumatına görə, “RİA Novosti” onun seçki qərargahının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu niyyətini siyasətçinin özü açıqlayıb.
Siyasətçi həmçinin bildirib ki, Ukraynadakı münaqişə "süni xarakter daşıyır və ABŞ-ın müdafiə sənayesi, neokonservatorlar və xarici siyasət strukturunda militarist əhval-ruhiyyə ilə qidalanır".
Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Yeni START Müqaviləsi çərçivəsində həyata keçirdiyi əks tədbirlərə reaksiya verib. O, təsdiqləyib ki, Vaşinqton əks tədbirlər barədə xəbərdarlıq edib, eyni zamanda öz şərtlərini irəli sürüb, lakin Moskva ultimatumları qəbul etmir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da öz növbəsində Rusiya və Çinlə silahlara nəzarət üzrə dialoqa hazır olduğunu açıqlayıb. O əlavə edib ki, Vaşinqton “ilkin şərt olmadan” danışıqlara hazırdır.
E.ŞİRİNOV