Serbiya hakimiyyəti hərbi neytrallığı qorumaqla, ABŞ ordusu ilə əməkdaşlığı artırmaq niyyətindədir, prezident Aleksandr Vuçiç bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
“Ölkəmiz hərbi neytrallığını qorumaqla regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin qorunması üçün ABŞ ordusu ilə tərəfdaşlıq əməkdaşlığını inkişaf etdirməyə hazırdır", - dövlət başçısı ABŞ Milli Qvardiya Bürosunun rəhbəri, general Daniel Hokanson ilə görüşdə deyib.
Bundan əlavə, o, Kosovo və Metohiyadakı son eskalasiya barədə Hokansona məlumat gətirib. Vuçiç həmçinin ABŞ hakimiyyətinə regionda gərginliyin azaldılmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Exobara bildirib ki, Kosovo və Serbiya arasında aparılan danışıqların nəticələri qarşılıqlı tanınma olmalıdır. Buna Vuçiç cavab verdi ki, Qərb Belqradın Priştinanın müstəqilliyini tanımasını gözləməyəcək.
E.ŞİRİNOV