Bu gün ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketinə cavab olaraq İran ABŞ-a meydan oxuyan addım atıb...

Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, İran hərbçiləri 1,4 min km mənzilli və raket zərbəsindən müdafiəyə qadir olan yeni “Fəttah” hipersəs raketini təqdim edib. İRNA xəbər verir ki, İran unikal xüsusiyyətlərə malik yeni “Fəttah” hipersəs raketini nümayiş etdirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri raketin 1400 km mənzilli olduğunu bildiriblər. Raketin təqdimatı Tehranda İran prezidenti İbrahim Rəisinin, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlaminin və İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadənin iştirakı ilə keçirilib. Raketin sürəti saatda 15925-18375 km-ə bərabərdir. İndiyədək belə hipersəs raketlərinin hazırlanmasına yalnız ABŞ, Çin və Rusiya yiyələnib... Lakin raketin həqiqətənmi deyilən texniki göstəricilərə malik olduğunu hələki görən olmayıb. 

Xarici media yazır ki, bu ola bilsin İranın ABŞ tərəfindən elan edilən sanksiyalar paketinə cavab addımıdır və sadəcə, görüntü xarakterlidir... Bütün hallarda, belə tip raketlərin sınağı olmalıdır və dünya ölkələrinin hərbi rəhbərliyi və ictimaiyyət canlı olaraq görməlidir ki, bu həqiqətdir, yoxsa İranın növbəti hay-küyü...

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN