Hazırda Xerson vilayətinin Kaxovskaya su elektrik stansiyasının partlaması nəticəsində su basmış rayonlarından 1700 nəfər təxliyə edilib.

Tezadlar.az bildirir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram-da məlumat verib.

"Əhalinin təxliyyəsi davam edir. Vəziyyət nəzarətdədir. Saat 13.00-a olan məlumata görə, 1700 nəfər təxliyə edilib", - o deyib.

Onun sözlərinə görə, işğalçılar yaşayış məntəqələrini atəşə tutmaqda davam edir, sudan qaçan insanları və onlara kömək edənləri təhlükəyə atırlar.

Eyni zamanda, daxili işlər naziri İqor Klimenko bildirib ki, ümumilikdə 29 yaşayış məntəqəsi faktiki olaraq su altında qalıb, onlardan 19-u Ukraynanın nəzarətində olan ərazidə, 10-u isə müvəqqəti işğal altındadır.

"Rayonda 1600-ə yaxın xilasedici və polis əməkdaşı, 300-ə yaxın xüsusi texnika işləyir. Lazım gələrsə, yardım məntəqələrinin sayı da artırılacaq. Xalqımıza güc və kömək olduğunu hiss etdirmək üçün əlimizdən gələni edin", - nazir bildirib.

Kaxovskaya su elektrik stansiyasının zədələnməsi

İyunun 6-na keçən gecə ruslar Kaxovskaya bəndini partladıblar. “Ukrhidroenerqo” qeyd edib ki, Kaxovskaya SES-i əvvəlki formada bərpa etmək mümkün deyil, turbin zalının avadanlıqları tamamilə sıradan çıxıb.

Prezident Vladimir Zelenskinin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiyanın bu hücuma görə məsuliyyət daşıması üçün bir sıra beynəlxalq və təhlükəsizlik tədbirləri razılaşdırılıb.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiyanın Kaxovskaya su elektrik stansiyasının zədələnməsində iştirakı bir sıra ictimai məlumatları sübut edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN