Vətən Partiyasının lideri Doğu Perinçək rəsmi Ankaraya müraciət edərək, onu Şimali Atlantika Alyansının genişlənməsinə töhfə verməməyə və İsveçin NATO-ya daxil olmasına veto qoymamağa çağırıb.

Tezadlar.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Perinçəkin sözlərinə görə, NATO-nun genişlənməsi Türkiyə üçün təhlükədir. “NATO Türkiyəyə qarşı təhdid mənbəyidir. İsveçin NATO üzvlüyünə qəbulunu Türkiyənin milli birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəli hesab edirik”.

Bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq İsveçin Türkiyənin bütün tələblərini yerinə yetirdiyi və NATO-ya üzv olmağa hazır olduğu fikrini bildirmişdi. O izah edib ki, bunun üçün Stokholm bəzi qanunları dəyişməli olub.

Bundan əvvəl MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin F-16 tədarüklərinin Türkiyənin İsveçin NATO-ya üzv olmaq qərarına təsiri kimi qiymətləndirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN