Ukrayna prezidenti Vladimir Zelenski Qələbə Gününün qeyd edilməsinin 8 Maya keçirilməsi haqqında qanun imzalayıb.
Tezadlar.az xəbər verir ki, bunu Ali Radanın saytındakı məlumatlar təsdiq edir.
Ukrayna parlamentinin saytında qanun layihəsi barədə deyilir ki, o, iyunun 12-də prezidentin imzası ilə geri qaytarılıb.
Zelenski bu qanun layihəsini mayın 8-də Radaya təqdim edib, sənəd təcili olaraq qeyd edilib. Parlament bunu mayın 29-da təsdiqləyib. Sənədin mətninə əsasən, bayram və qeyri-iş günləri ilə bağlı Ukraynanın Əmək Məcəlləsinin maddəsinə dəyişiklik edilir. Belə ki, mayın 8-i 9 May - Anım və Nasizm üzərində Qələbə Günü əvəzinə bayram gününə çevriləcək.
Bundan əvvəl, mayın 9-da Ukraynada İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə Günü qeyd olunurdu, bu, dövlət bayramı idi. Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbə Gününü əvəz etdi. 8 may anım və barışıq günü idi. Ali Rada bu dəyişiklikləri 2015-ci ildə dekommunizasiya siyasətinin həyata keçirilməsi çərçivəsində təsdiqləyib.
Elə həmin gün, mayın 8-də Zelenski mayın 9-da Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb. Ertəsi gün isə ölkədə yeni bayramla bağlı tədbirlər keçirilib. Bundan əvvəl Ukraynada Avropa Günü mayın üçüncü şənbə gününə təsadüf edirdi.
E.ŞİRİNOV