Konqo prezidenti Denis Sassou Nguesso bildirib ki, Afrika ölkələri Ukrayna münaqişəsi fonunda kənarda qala bilməz və buna görə də qitə ölkələrindən nümayəndələr tərəfləri barışdırmaq üçün Kiyev və Moskvaya gedəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Le Monde” yazır.

Sassou Nguesso özü cümə və şənbə günləri Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinlə görüşəcək bir neçə Afrika prezidentinin missiyasının bir hissəsidir. Mənbələrin məlumatına görə, nümayəndə heyətinə Konqo prezidenti ilə yanaşı, Cənubi Afrika, Seneqal, Uqanda, Zambiya, Misir və Komor adalarının liderləri - Siril Ramafosa, Maki Sall, Yoveri Museveni, Hakainde Hiçilema, Əbdül Fəttah Əl- Sissi və Azali Assoumani daxildir.

Sassou Nguesso izah edib ki, "müharibə edən tərəflərə bu müharibənin dünyanın zəif xalqlarına və xüsusən də Afrika xalqlarına verdiyi əzabları başa düşmək üçün" "sülh və ya ən azı sakitləşdirmə mesajı" daşıyacaqlar.

Zelenski iyunun 16-da, Putin isə iyunun 17-də Afrika liderləri ilə görüşəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN