Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze hesab edir ki, ölkə prezidenti Salome Zurabişvili xarici qüvvələrin agentidir və onların göstərişi ilə hərəkət edir.

“O (Zurabişvili – RED.) təsir altında olan bir adamdır və onun patronları var və ona nə əmr edirlərsə, onu yerinə yetirəcək. Agent olanda başqa seçimin yoxdur - sənə deyilənləri edirsən. Sizin sual verməyə belə haqqınız yoxdur”, - Kaladze jurnalistlərə bildirib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib və bu seçkilərdə hakim partiya 53,93 faiz səslə qalib gəlib. Bütün seçkiqabağı dövr ərzində əhalini müxalifətə səs verməyə çağıran Gürcüstan prezidenti səsvermənin nəticələrini tanımaqdan imtina edib və onları saxtalaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN