Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən antiterror qanunlarını praktikada tətbiq edəcəyini gözləyir, Ankaranın Stokholmun NATO müraciətini təsdiqləməsi bundan asılıdır.
Tezadlar.az “Habertürk” telekanalına istinadən xəbər verir ki, o, bu barədə çərşənbə günü Azərbaycandan qayıdarkən müsahibəsində bildirib.
"Vilnüsdə NATO sammiti keçiriləcək. Fors-major hal olmasa, mən iştirak edəcəm. İsveçin sammitlə bağlı gözləntiləri (alyansa daxil olmaq barədə qərar verəcəyi – RED.) bizim onlara haqq qazandıracağımız anlamına gəlmir. İsveç ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidir. Onun qanunları və konstitusiyasında hüquq-mühafizə orqanlarının hüquqları müəyyən edilib. Onlardan istifadə edin. Əgər onlar tətbiq edilməsə, onda biz Vilnüsdə müsbət cavab verə bilməyəcəyik”, - o, İsveçin NATO-ya daxil olması ilə bağlı sualı cavablandırarkən deyib.
E.ŞİRİNOV