Rusiya FTX-si faşist Almaniyasının dünya müharibəsi istəyinin qaçılmaz olduğunu sübut edən arxiv sənədlərini açıqlayıb.
Feldmarşal Ferdinand Şernerin əlyazma ifadəsinin nəşri Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümünə təsadüf edib.
Sənədlərdə deyilir ki, “Milli Sosializm yalnız müharibə demək ola bilərdi”.
Əsir düşmüş feldmarşal etiraf edib ki, Üçüncü Reyx 23 avqust 1939-cu ildə Moskvada bağlanmış sovet-alman hücum etməmək paktına (“Molotov-Ribbentrop paktı”) əməl etmək niyyətində deyildi.
Bundan əvvəl Rusiya FTX-si nasist Almaniyasının lideri Adolf Hitlerin intiharının şərtlərini açıqlayan arxiv sənədlərini açıqlayıb.
Fürer adyutantının sözlərinə görə, "Hitler yalnız intihar etmək niyyəti olduğu üçün evləndi".
Xatırladaq ki, hadisə şahidlərinin ifadələri Adolf Hitler və onunla evlilik ərəfəsində evli olan Eva Braunun 1945-ci il aprelin 30-da intihar etdiklərini göstərib.
E.ŞİRİNOV