Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Twitter səhifəsində ölkəsinin NATO-ya üzvlük fəaliyyət planı (ÜFP) olmadan üzv olacağını bildirib.

Tezadlar.az xəbər verir ki, Ukrayna XİN rəhbərinin sözlərinə görə, intensiv danışıqlardan sonra NATO ölkələri ÜFP-nin Ukraynanın üzvlük yolundan çıxarılması ilə bağlı konsensusa gəliblər.

"Mən NATO-ya gedən yolumuzu qısaldan bu çoxdan gözlənilən qərarı alqışlayıram", - Kuleba yazıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO blokun iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynaya güclü dəstək siqnalı vermək niyyətindədir.

İyunun sonunda Estoniyanın baş naziri Kaja Kallas Vilnüsdə keçirilən NATO sammitində Ukraynaya üzvlüklə bağlı “sürpriz” vəd edib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi ki, ölkə Avropa İttifaqına üzv olmağa namizəd olduqdan sonra onu NATO-ya daxil olmaq üçün “eyni şeylər” gözləyir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzv ola bilməyəcəyinin səbəbini açıqlamışdı.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN