NATO Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəklərini dəstəkləyir, lakin bu, İsveçin Şimali Atlantika Alyansına qoşulmasına mane olmamalıdır.
Tezadlar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Türkiyənin Aİ-nin tamhüquqlu üzvü olması üçün səy göstərəcəyi təqdirdə Ankaranın İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcəyini bildirmişdi.
İyulun 6-da Stoltenberq Vilnüs sammitində İsveçin alyansa üzv olmayacağını bəyan edib. O, Ankaranın təsdiqləməyə razılıq versə belə, Türkiyənin ərizəni ratifikasiya etməyə vaxtı olmadığına aydınlıq gətirib.
E.ŞİRİNOV