Ekspert: Ərdoğanın Rusiyadan uzaqlaşmaq fikri yoxdur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük məsələsini Ankara ilə Qərb arasında münasibətlərdə yeni eranın başlaması üçün fürsətə çevirib. Vilnüs sammitindəki müsbət ab-hava, Ərdoğanın ikitərəfli görüşləri, Co Bayden və digər NATO liderlərinin İsveçlə bağlı güzəştlərə görə Türkiyə prezidentinə minnətdarlığı Ankaranı Qərbə yaxınlaşdırdı, bir çox ekspertlər hətta Türkiyənin Rusiyadan uzaqlaşdığını və bu istiqamətə yönəldiyini bildirdilər.

Türkiyəli politoloq Burhanəddin Duran “Sabah” qəzetinə yazdığı məqalədə bildirib ki, bununla belə, ABŞ və Aİ ilə münasibətləri canlandırmaq addımı Rusiyadan uzaqlaşmaq niyyəti kimi qəbul edilməməlidir. Onun fikrincə, Qərblə münasibətlərdə yeni dövr Rusiya ilə münasibətlərin zərərinə reallaşmayacaq. Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçi rolundan imtina etmək fikrində deyil. Ekspert hesab edir ki, Ərdoğandan Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşdə Türkiyə-Rusiya münasibətlərini gücləndirmək üçün addımlar atması gözlənilməlidir. Diplomatiya çoxlu aktyorların iştirak etdiyi bir dünyadır. Duran bildirib ki, o, indiki şərait, inkişaf, maraq və imkanlar çərçivəsində yaşayır.

“Bild” Rusiya ilə münaqişə vəziyyətində NATO-nun müdafiəsinin təfərrüatlarını açıqlayır

Qərb Rusiyadan hücuma hazırlaşır - Soyuq Müharibədən sonra ilk dəfə olaraq, Moskva ilə münaqişə vəziyyətində müdafiə planı qəbul edildi, - Almaniyanın “Bild” tabloidi yazır. Almaniya kütləvi hərbi planda (4400 səhifə) əsas rol oynayır.

Plan nəzərdə tutur ki, NATO qüvvələrinin baş komandanı alyansla koordinasiya olmadan müstəqil şəkildə bəzi qərarlar qəbul etmək hüququna malik olacaq. Eyni zamanda, bəzi NATO ölkələri şərq qanadının dövlətlərinin müdafiəsini öz üzərinə götürəcək. Məsələn, Almaniya Litvanın, Böyük Britaniya Estoniya, Kanada Latviya üçün məsuliyyət daşıyacaq. Almaniya alyansın əsas logistik mərkəzlərindən biri rolunu oynayacaq. Bu məqsədlə Almaniyanın Visbaden şəhərində NATO quru qüvvələrinin ikinci qərargahı açılacaq. Plan həmçinin uzaqmənzilli raketlərin və artilleriya sistemlərinin ehtiyatlarını artırır və boru kəmərlərinin, NATO-nun mühüm infrastrukturunun, ağır silah bölmələrinin və hava hücumundan müdafiə sistemlərinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.

Niyə İsrail modeli Ukrayna üçün işləməyəcək?

Bir çox ekspertlərin və medianın fikrincə, Ukrayna üçün təhlükəsizlik təminatları ABŞ-ın İsrail qarşısında götürdüyü müdafiə öhdəliklərinə (hər hansı mümkün təhlükə zamanı ölkəni silahlandırmaq) bənzəyəcək. Lakin beynəlxalq siyasət üzrə amerikalı ekspert Eliot Koen hesab edir ki, İsrail modeli Ukrayna üçün işləməyəcək. “The Atlantic” üçün yazdığı məqalədə o, İsrailə münasibətdə Amerika dəstəyinin ölkənin hərbi potensialı ilə birgə işlədiyini, Ukraynanın isə İsraillə müqayisə oluna biləcək demoqrafik və iqtisadi üstünlüyə malik olmadığını bildirib.

Koen qeyd edib ki, hərbi üstünlük məhz bu iki amildən formalaşır. Ekspert vurğulayıb ki, hərbi əməliyyatlar zamanı Ukrayna müflis olub, əhalisinin dörddə birindən üçdə birinə qədəri köçkün düşüb, üstəlik, ölkədə doğum səviyyəsi aşağı düşür. Müəllif hesab edir ki, Rusiyanın nəhəng resursları fonunda Ukrayna üçün İsrail modeli qeyri-məqbul olur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN