Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni whatsapp nömrəsi yaradıldı. Artıq Siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.
Bu barədə TEZADLAR.AZ-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, şöbə rəisi Rövşən Tağıyev bildirib.
O, qeyd edib ki, məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.